XÜSUSİ PROQRAM TƏMİNATI DEPARTAMENTİNİN DİREKTORU

İlqar Məhərrəm oğlu Qurbanov


İlqar Məhərrəm oğlu Qurbanov 1963-cü il martın 31-i Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu mühəndis-riyaziyyatçı ixtisası üzrə bitirmişdir. Sonrakı illərdə müxtəlif yerlərdə çalışmış, o cümlədən “AzStarNet” MMC şirkətində texniki işlər üzrə direktor, “AMEC Services Ltd” şirkətində şəbəkə mühəndisi, “Yevroset-Azərbaycan” MMC-də texniki təminat üzrə qrup rəhbəri və Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində sektor müdiri vəzifələrində işləmişdir. 2011-ci ilin avqust ayından MDM-in İdarə Heyəti sədrinin müavini, eyni zamanda İnformasiya Texnologiyaları İnfrastrukturu Departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. 20 dekabr 2018-ci il tarixindən MDM-in Xüsusi Proqram Təminatı Departamentinin direktoru kimi fəaliyyət göstərir.