KLİRİNQ ŞÖBƏSİNİN MÜDİRİ

Esli Vaqif qızı Dilbazi


Esli Vaqif qızı Dilbazi Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə fərqlənmə diplomu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin nəzdində “Xüsusi İstedadlar Qrupunu” bitirmiş, 2007-ci ildə həmin fakültədə magistr dərəcəsini almışdır. İş fəaliyyətinə 2009-cu ildə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində Biznesin İnkişafı Departamentində başlayıb və 2009-2018-ci illərdə müxtəlif, o cümlədən Biznesin İnkişafı Departamentinin baş mütəxəssisi, Müştəri Xidmətləri Departamentinin baş mütəxəssisi, İnsan Resursları üzrə məsul şəxs, Əməliyyat Departamentinin direktoru v.m.i.e vəzifələrində çalışıb. 2014-ci ildə uzunmüddətli səmərəli fəaliyyətinə, o cümlədən beynəlxalq konfransların təşkilatçılığı üzrə üzərinə düşən vəzifələrin yerinə yetirilməsində xüsusi ilə fərqlənməsinə görə Milli Depozit Mərkəzi tərəfindən fəxri fərman ilə təltif olunub. Qiymətli kağızlar bazarı üzrə müxtəlif, o cümlədən Koreya və Türkiyədə keçirilən təlimlərdə iştirak edib. “House of Training Luxembourg” tərəfindən keçirilən “Capital Markets Back-Office Certification” təlimində “Grade-Excellent” nəticəsini göstərərək sertifikata layiq görülüb. 2019-cu ilin yanvar ayından Klirinq şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.