BAŞ MÜHASİB

Mirceyhun Mirqafil oğlu Bağırov


Mirceyhun Mirqafil oğlu Bağırov 1971-ci ildə  Cəlilabad rayonunda anadan olmuşdur.  1987-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda Plan İqtisad fakültəsində təhsil almışdır. İş fəaliyyətinə 1992-ci ildə Bakı şəhəri çuqun əritmə zavodunda əmək haqqının normalaşdırıcısı vəzifəsində başlamışdır.  Daha sonra 1997-2008-ci illər ərzində Ramstore QSC-də stok menecer, mərkəzi anbarın müdiri, Almalı mağazalar şəbəkəsinin Maliyyə departamentində stok-əmtəə nəzarət qrupunun rəhbəri, Loqistika departamentində Paylayıcı mərkəzin müdiri, ADA-GROUP-un Maliyyə departamentində Əmtəəyə nəzarət qrupunun rəhbəri vəzifələrində işləmişdir. 2008-ci ildən 2019-cu ilin yanvarınadək Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində Maliyyə departamentinin direktoru - Baş mühasib, 2019-cu ilin yanvar ayından etibarən Maliyyə şöbəsinin müdiri vəzifəsində çalışır. 2011-ci ildə Azərbaycan Respublikası Audit Palatasının asossiativ üzvü seçilmişdir.