Euroclear Bank, Brüsseldə yerləşən Beynəlxalq Mərkəzi Depozitar və Şanxay Klirinq Evi birlikdə Çin qiymətli kağızlar bazarında yeni alət - “Yulan” adlı istiqrazlarının buraxılışı üstündə işləyiblər.

“Yulan” istiqrazları Şanxay Klirinq evi vasitəsilə buraxılacaq və beynəlxalq investorlar Euroclear bank şəbəkəsi daxilində istənilən kontragentlə real vaxt rejimində DVP multivalyuta hesablamalarından faydalana biləcəklər. Nəticə etibarı ilə çinli emitentlər daha səmərəli xərclər ilə böyük likvidlik hovuzuna giriş imkanını əldə edəcəklər.

2009-cu ildə Euroclear və Şanxay Klirinq Evi Anlaşma Memorandumu imzalamışdırlar. Anlaşma Memorandumu çərçivəsində tərəflər Çin və beynəlxalq bazarlar arasında investisiya proseslərinin daha səmərəli həyata keçirilməsi üçün müvafiq biznes-modellərin öyrənilməsi barədə razılığa gəlmişdirlər. “Yulan” istiqrazlarının buraxılışı təşəbbüsü təşkilatların uzunmüddətli əməkdaşlığına əsaslanır.

Qeyd edək ki, Euroclear Bank 90-dan artiq ölkədə yerləşən təşkilatlara trans-sərhəd əməliyyatlar üçün hesablaşma və digər qiymətli kağızlar üzrə xidmətlər göstərir.

Mənbə: https://www.euroclear.com/newsandinsights/en/press/2020/2020-mr-15-yulan-bonds.html