Hesabatda iqtisadi inkişaf, maliyyə sabitliyi və inkluzivliyin əsas amilləri kimi kapital bazarlarının inkişafı zamanı inkişaf etməkdə olan bazarların (İEOB) hüquq sistemləri ilə qarşılaşdıqları problemlər, COVID-19  bazar iqtisadiyyatına ilkin təsiri təhlil edilmişdir.Həmçinin, kapital bazarlarını gücləndirmək məqsədilə inkişaf etməkdə olan bazarlar üçün tövsiyyələr qeyd edilib.

"İnkişaf etməkdə olan Kapital bazarlarının inkişafı: imkanlar, problemlər və həllər" hesabatı bazarın inkişafının müxtəlif aspektləri üzrə korporativ idarəetmə və normativ hüquqi bazadan başlayaraq, korporativ istiqraz bazarları və bazar likvidliyinə qədər komitənin (GEMC) geniş araşdırmasına əsaslanır.

Eyni zamanda, inkişaf etməkdə olan bazarların, beynəlxalq standartlara keçirdikləri zaman qarşılaşdıqları əsas çətinliklər və potensialın artırılması rolu vurğulanıb.Hesabatda bu sahələrə əlavə olaraq, inkişaf etməkdə olan bazarların inkişafı üçün davamlı maliyyəşdirilmə və maliyyə texnologiyaları sayəsində açılan əlavə imkanlar nəzərdən keçirilib.

Qeyd edək ki, IOSCO qiymətli kağızların tənzimlənməsi orqanları üçün beynəlxalq standartları müəyyən edən, bu istiqamətdə tənzimlənmə və nəzarət, risklərin müəyyənləşdirən beynəlxalq təşkilatdır. Təşkilatın üzvlük tərkibi dünyanın Qiymətli kağızlar bazarlarının 95% - dən çoxunu 115-dən çox yurisdiksiyada tənzimləyir və bu siyahı genişlənməyə davam edir.

Ətraflı: https://www.iosco.org/news/pdf/IOSCONEWS579.pdf