Böyük Britaniyada “Systems in the City Fintech Awards” mövzusunda keçirilən konfrans zamanı “Clearstream” təşkilatı “Goodarce UK” şirkəti tərəfindən aktivlərin saxlanması və sərəcamçı xidmətlərini yüksək səviyyədə göstərdiyinə görə “Best Custody and Trustee solution” mükafatına layiq görülmüşdür.

“Clearstream”in  İnvestisiya Fondlarının Satış şöbəsinin müdiri Neil Vays konfransda çıxış edərək bildirib ki, bu mükafat təşkilatın səhm, istiqraz və digər aktivlər üzrə göstərdiyi xidmətlərin həm bazar, həm də müştərilər tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.

Qeyd edək ki, “Clearstream” qiymətli kağızların saxlanması və hesablaşma xidmətlərini göstərən beynəlxalq mərkəzi depozitar təşkilatlarından biridir. “Clearstream” 110 ölkədən olan  2500-dən çox müştəriyə xidmət göstərir.

Mənbə: https://www.clearstream.com/clearstream-en/newsroom/200914-2229800