Qlobal pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərbəyə baxmayaraq, METAK şirkəti istiqrazlar üzrə öz borclarını tam vaxtında ödəyib. Belə ki, şirkət 18 may 2020-ci il tarixində 3-cü istiqraz emissiyası üzrə yekun faiz və əsas məbləğ ödənişini uğurla həyata keçirmişdir. Şirkətin bu növbəti emissiyasının həcmi 3 milyon manat təşkil edib və sahiblərinə illik 10% gəlir qazandırmışdır.

Şirkət hər üç emissiya üzrə (1-ci 3 milyon manatlıq, illik 12 %-lik, 2-ci 2 milyon manatlıq 10%-lik 3-cü 3 milyon manatlıq 10%-lik kupon ödənişləri) istiqraz sahiblərinə ümumilikdə 860 000 manat pul qazandırmışdır.

Xatırladaq ki, Milli Depozit Mərkəzi METAK istiqrazlarının kupon ödənişləri üzrə Ödəniş agenti qismində çıxış etmişdir.