“Euroclear Finlandiya”ya Finlandiyanın Maliyyə Nazirliyi tərəfindən Avropa İttifaqının Qiymətli Kağızlar üzrə Mərkəzi Depozit Qaydasına əsasən fəaliyyət göstərməsinə dair səlahiyyət verilib.

Avropa İttifaqının Qiymətli Kağızlar üzrə Mərkəzi Depozit Qaydasının əsas məqsədi mərkəzi depozitarlar üçün ardıcıl tənzimləmə çərçivəsinin yaradılması və Avropadakı mərkəzi depozitarlar arasında rəqabətin daha da dəstəklənməsidir.

Xatırladaq ki, Euroclear Finlandiya mərkəzi depozitar olmaqla qiymətli kağızlar üzrə hesablaşma xidmətləri üzrə fəaliyyət göstərir. Euroclear Finlandiya Euroclear Fransa, Belçika və Niderlanddan sonra yuxarıda qeyd olunan səlahiyyəti alan dördüncü "Euroclear Group"a üzv mərkəzi depozitardır.

“Euroclear Group” isə öz növbəsində ticarətsonrası xidmətlərin etibarlı təminatçısıdır. “Euroclear Group” yerli və xarici qiymətli kağızların saxlanması və hesablaşması xidmətlərini göstərir. “Euroclear Group”un tərkibinə Euroclear Bank, Euroclear Belçika, Euroclear Finlandiya, Euroclear Fransa, Euroclear Niderland, Euroclear İsveç və Euroclear Birləşmiş Krallıq və İrlandiya daxildir.

Mənbə: https://www.euroclear.com/finland/en/news-and-insights/news/Euroclear-Finland-receives-the-new-CSD-license.html