1 iyul 2019-cu il tarixində “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Dəyişiklik “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16.16.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözlərinin “maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla” sözləri ilə əvəz edilməsini nəzərdə tutur.

Qeyd olunmalıdır ki, adıçəkilən qanunun 16.16-cı bəndində Mərkəzi depozitarın Müşahidə Şurasının vəzifələri sıralanır. Edilmiş dəyişikliyə əsasən, Mərkəzi depozitarın - Milli Depozit Mərkəzinin Müşahidə Şurası mərkəzi depozitarın xidmət haqlarının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edilməsi üçün təkliflər verəcəkdir.

Xatırladaq ki, hazırda ölkədə maliyyə bazarlarına nəzarət orqanı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası hesab olunur.