28 mart 2019-cu il tarixində Milli Depozit Mərkəzinin Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilmişdir. İclasın gündəliyində duran əsas məsələ MŞ-nın tərkibində dəyişikliklərin edilməsi idi. Belə ki, MDM-in üzvü olan “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Kalayev Tələt Əli oğlu MŞ-nın üzvü, Əmanətlərin Sığortalanması Fondunun Maliyyə direktoru Məmmədov Orxan Ələkbər oğlu MŞ-nın müstəqil üzvü seçilmişdir.

Qeyd edək ki, MDM-in MŞ-sı beş nəfərdən ibarətdir və onun tərkibinə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, MDM-in üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir.