1997   Milli Depozit Mərkəzinin təsis edilməsi

1998   Qiymətli kağızların saxlanması və səhmdarların reyestrinin aparılması xidmətlərinin göstərilməsinə dair ilk müqavilənin imzalanması

2001   Korporativ istiqrazlarla bağlı xidmətlərin göstərilməsinə başlanması

2004   Banklara qiymətli kağızlarla bağlı xidmətlərin göstərilməsinə başlanması

   Avrasiya Mərkəzi Depozitarlar Assosiyasiyasının (AECSD) həmtəsisçisi kimi çıxış etməsi

2005   MDM-in Naxçıvan filialının təsis edilməsi

2006   Xarici depozitar üçün ilk müxbir hesabın açılması

   Milli Nömrələyici Agentliklər Assosiyasiyası (ANNA) ilə qlobal əməkdaşlığa dair müqavilənin imzalanması

   Azərbaycan Respublikası üzrə Milli Nömrələyici Agentlik statusunun əldə edilməsi

2007   Azərbaycanda buraxılan qiymətli kağızlara ISIN beynəlxalq kodlarının verilməsi

            “Clearstream Banking” və  SWIFT beynəlxalq təşkilatı ilə əməkdaşlıq

            Korporativ qiymətli kağızların mərkəzi saxlancına başlanması

2008   ANNA-ya tamhüquqlu üzvlük

   Qiymətli Kağızlara Xidmətlər Beynəlxalq Assosiasiyasına (ISSA) tamhüquqlu üzvlük

2009   Müştərilərə “vahid pəncərə” prinsipi üzrə xidmət göstərilməsi

   Yeni xidmət növü – sərəncamçı xidmətinin tətbiq edilməsi  

2010   Birjada əqdlərin fasiləsiz bağlanmasını təmin etmək məqsədilə MDM və Bakı Fond Birjası arasında elektron əlaqənin yaradılması 

2011   Brokerlərə MDM-in depozitar sisteminə məsafədən giriş imkanının yaradılması

2012   Dövriyyədə olan bütün qiymətli kağızlara ISIN kodlarının verilməsi

2013   Klirinq lisenziyasının alınması

   Dövlət qiymətli kağızlarının Mərkəzi Depozitarına çevrilməsi

2014   T+x hesablaşma rejiminə keçid

2015   Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə “Qiymətli kağızlar bazarı haqqında

   Azərbaycan Respublikasının Qanunu”nun qüvvəyə minməsi ilə MDM-in  depozitar sisteminin mərkəzi institutu kimi Mərkəzi Depozitar       elan edilməsi

   Təşkilati hüquqi formasının dəyişərək qeyri-kommersiya hüquqi şəxsə çevrilməsi

   SWIFT şəbəkəsinə qoşulması

2016   Post-ticarət infrastrukturu vahid platformada fəaliyyət göstərən proqram təminatına keçid (CETA )

   Ödəniş agenti xidməti üzrə ilk müqavilə

2017   AZIPS sisteminə inteqrasiya

2019   Klirinq və hesablaşmalar üzrə yeni Hesablaşma Agenti modelinə keçid

         Bütün təkrar bazar əməliyyatları, eləcə də dövlət istiqrazları və Mərkəzi Bankın notları ilə bağlanan ilkin bazar əqdləri üzrə 

           hesablaşmaların “T+1” rejiminə keçidi