Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) müvafiq ali təhsil müəssələrinin tələbə və məzunları üçün Təcrübə proqramını təqdim edir. Təcrübə zamanı iştirakçılar bilik və bacarıqlarını praktikada tədbiq etmək, korporativ mühitə düşərək, işgüzar həyatla tanış olmaq və qiymətli kağızlar bazarı sahəsini dərindən öyrənmək imkanını qazanacaqlar. Proqramı uğurla başa vuranlar MDM-də işlə təmin oluna bilərlər. 

Təcrübə proqramına qoşulmaq üçün maraqlanan şəxslər öz CV formalarını hr@mdm.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Seçilmiş namizədlər MDM-ə dəvət olunaraq, onların bilik, məntiq, dünyagörüşləri test imtahanı və müsahibə yolu ilə yoxlanılacaq. MDM-in standartlarına uyğun olan namizədlər təcrübə proqramında iştirak edəcəklər.