2004-cü ildə yaradılmış Avrasiya Mərkəzi Depozitarları Assosiasiyası (AECSD) əsasən Müstəqil Dövlətlər Birliyi ölkələrinin mərkəzi depozitarlarını birləşdirir. Milli Depozit Mərkəzi (MDM) bu assosiasiyanın təsisçilərindən biridir. Bu assosiasiya çərçivəsində MDM Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstanın mərkəzi depozitarları ilə əməkdaşlıq memorandumları imzalamış, həmçinin Rusiyanın 3 depozitarı ilə (NDC, RosBank, VTB bank) müxbir əlaqələr yaratmışdır.